Meksikada 4 polis əməkdaşı öldürülüb

Meksikada 4 polis əməkdaşı öldürülüb Bakı. 8 sentyabr. REPORT.AZ/ Cümə günü Meksikanın Çiuaua ştatının Bokoyna bələdiyyəsinə quldur hücumu zamanı 4 polis əməkdaşı öldürülüb, daha 6-sı isə yaralanıb.
Digər ölkələr
8 Sentyabr , 2018 08:05
Meksikada 4 polis əməkdaşı öldürülüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Cümə günü Meksikanın Çiuaua ştatının Bokoyna bələdiyyəsinə quldur hücumu zamanı 4 polis əməkdaşı öldürülüb, daha 6-sı isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatının təhlükəsizlik komissiyası məlumat yayıb.

Bildirilir ki, polisə pusqunu "Xuares" kartelinə daxil olan "La-Linea" cinayətkar təşkilatı qurub.

İlkin məlumata görə, canilər hücum zamanı qranatlardan istifadə ediblər, onlar iki polis maşınını yandırıblar, həmçinin bir polis əməkdaşı girov götürülüb.

Hazırda bölgədə cinayətkarların aşkar edilməsi və tutulması üçün vertolyotların da iştirakı ilə genişmiqyaslı əməliyyat aparılır.

Son xəbərlər

Orphus sistemi