Meksikada 33 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb

Meksikada 33 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb Bakı. 18 yanvar. REPORT.AZ/ Meksikada 33 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb.
Digər ölkələr
18 Yanvar , 2018 02:47
Meksikada 33 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Meksikada 33 cəsədin olduğu kütləvi məzarlıq aşkarlanıb.

“Report” “Universal” portalına istinadən xəbər verir ki, cəsədlər Nayarit ştatında müəyyən edilib.

Portalın xəbərinə görə, meyitlərin hamısı Şalisko bələdiyyəsi ərazisindəki 3 kütləvi məzarlıqda tapılıb. Hazırda cəsədlər ştat prokurorluğunun məhkəmə tibb departamentinə göndərilib.

Oxşar dəhşətli tapıntılar Meksikada nadir hal deyil. Daha əvvəl Herrero, Verakrus və Morelos ştatlarında hakimiyyət orqanları gizli məzarlıqlar aşkarlayıblar. Qeyd edilir ki, adətən cinayətkarlar narkomafiyaların silahlı davaları zamanı qətlə yetirilənlərin cəsədlərini gizli şəkildə basdırırlar.

Son xəbərlər

Orphus sistemi