Meksikada 157 cəsədin olduğu yük avtomobili aşkarlanıb

Meksikada 157 cəsədin olduğu yük avtomobili aşkarlanıb Bakı. 18 sentyabr. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhəri yaxınlığında içində 157 cəsədin olduğu, soyuducu qoşqulu yük avtomobili aşkarlanıb.
Digər ölkələr
18 Sentyabr , 2018 22:40
Meksikada 157 cəsədin olduğu yük avtomobili aşkarlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Meksikanın Qvadalaxara şəhəri yaxınlığında içində 157 cəsədin olduğu, soyuducu qoşqulu yük avtomobili aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "Mexico Daily News" məlumat yayıb.

Bildirilir ki, atılmış yük maşınının qoşqusu meyitlərin müvəqqəti saxlama yerinə məxsus olub.

Nəqliyyat vasitəsi yaşayış evlərinin yaxınlığında atılıb və yerli hakimiyyət orqanları bu barədə xəbərdar edilməyib. Tezliklə maşından gələn iy yerli əhalini ciddi narahat etməyə başlayıb.

Hazırda bununla bağlı təhqiqat başlayıb. Polis içində cəsədlərin olduğu yük maşınının əhalinin yaşadığı yerin yaxınlığında hansı şəraitdə və niyə gətirildiyini öyrənmək istəyir. 

Son xəbərlər

Orphus sistemi