Meksikada 15 529 nəfər koronavirusa yoluxdu

Meksikada 15 529 nəfər koronavirusa yoluxdu Meksikada son bir gün ərzində COVID-19 infeksiyasına 862 yeni yoluxma halı aşkar edilib.
Digər ölkələr
28 Aprel , 2020 08:40
Meksikada 15 529 nəfər koronavirusa yoluxdu

Meksikada son bir gün ərzində COVID-19 infeksiyasına 862 yeni yoluxma halı aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırda ölkədə 15 529 nəfər koronavirusa yoluxub. Pandemiya səbəbindən 83 pasiyent dünyasını dəyişib. Bundan başqa 137 nəfərin ölüm səbəbi test nəticələrindən sonra bəlli olacaq.

Ümumilikdə, ölkə üzrə koronavirusdan 1 434 nəfər ölüb. Məlumatda həmçinin, Meksikada koronavirusla bağlı 71 103 test edildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi