​Meksikada Zika virusuna yoluxanların sayı 1280 nəfərə çatıb

​Meksikada Zika virusuna yoluxanların sayı 1280 nəfərə çatıb Səhiyyə orqanının məlumatına görə, virus artıq 612 nəfərin qanına keçib
Digər ölkələr
2 Avqust , 2016 04:20
​Meksikada Zika virusuna yoluxanların sayı 1280 nəfərə çatıb

Bakı. 2 avqust. REPORT.AZ/ Ötən ilin dekabrından Meksikada Zika virusuna yoluxan qadınların sayı 1280 nəfəri keçib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Virusa yoluxanlardan 443 nəfəri ölkənin cənubundakı Çyapas ştatının sakinləridir.

Bununla yanaşı Herrrero, Oahaka və Verakrus ştatlarında da yüzlərlə sakinə bu virusun diaqnozu qoyulub. Rəsmi məlumata görə, Herreroda 347, Oahakada 256 və Verakrusda 101 nəfərdə Zika virusu aşkarlanıb.

Səhiyyə orqanının məlumatına görə, virus artıq 612 nəfərin qanına keçib.

Səhiyyə Nazirliyinin Profilaktiki Departamenti rəhbərinin müavini Pablo Kuri Morales bildirib ki, onlardan 60-ı artıq dünyaya uşaq gətirib. Körpələrin hamısı 2 yaşları tamam olana qədər mütəxəssislərin nəzarəti altında olacaq.  

Son xəbərlər

Orphus sistemi