Meksikada 11 nəfər qətlə yetirilib

Meksikada 11 nəfər qətlə yetirilib Herrero Meksikanın ən təhlükəli ştatı olaraq qalır
Digər ölkələr
2 Avqust , 2016 00:12
Meksikada 11 nəfər qətlə yetirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Meksikanın qərbindəki Herrero ştatının kurort şəhəri Akapulkoda sutka ərzində 8-dən çox adam qətlə yetirilib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 3 nəfərin üzərində zorakılıq olan cəsədi şəhərin digər rayonunda aşkar edilib.

Ekspertlər bütün bunları şəhərdəki cinayətkar qruplaşmalar arasında davam edən münaqişə ilə əlaqələndirirlər. 

Herrero cari ildə Meksikanın ən təhlükəli ştatı olaraq qalır. 

Son xəbərlər

Orphus sistemi