Meksika türməsində qiyam zamanı 45 nəfər yaralanıb

Meksika türməsində qiyam zamanı 45 nəfər yaralanıb Həbsxananın 4 gözətçisi girov götürülüb
Digər ölkələr
28 Mart , 2017 04:49
Meksika türməsində qiyam zamanı 45 nəfər yaralanıb

Bakı. 28 mart. REPORT.AZ/ Bazar ertəsi Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhər həbsxanasında baş verən qiyam zamanı azı 45 nəfər yaralanıb.

"Report" xəbər verir ki, "Excelsior" portalının məlumatına görə, zərərçəkənlər arasında həm dustaqlar, həm də mühafizəçilər var.

Nəşr əlavə edir ki, 4 gözətçi girov götürülüb.

Həbsxana üzərini tüstü bürüyüb, ştatın təhlükəsizlik qüvvələri türmə binasına doğru hərəkət edir.

Son xəbərlər

Orphus sistemi