Meksika siyasətçiləri prezidentdən ABŞ səfərini ləğv etməyə tələb ediblər

Meksika siyasətçiləri prezidentdən ABŞ səfərini ləğv etməyə tələb ediblər "Amerikalılar qapını Meksikanın üzünə çırpdılar" – deyə prezidentliyə keçmiş prezident Kuautemok Kardenas bildirib
Digər ölkələr
26 Yanvar , 2017 03:12
Meksika siyasətçiləri prezidentdən ABŞ səfərini ləğv etməyə tələb ediblər

Bakı. 26 yanvar. REPORT.AZ/ Meksika siyasətçiləri və dövlət məmurları Donald Trampın ABŞ-la bu ölkə arasındakı sərhəddə divarın tikilməsi haqqında sərəncamı imzalamasından sonra prezident Penya Netodan Birləşmiş Ştatlara planlaşdırılan səfəri ləğv etməyi tələb ediblər.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.

"Amerikalılar qapını Meksikanın üzünə çırpdılar" – deyə prezidentliyə keçmiş namizəd Kuautemok Kardenas bildirib. "Biz özümüzü alçaltmamaq üçün ən yaxşı halda bunu edə bilərik - Birləşmiş Ştatlara səfəri ləğv etməli və Meksika üçün ləyaqətli mövqe hazırlamalıyıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, Meksika prezidenti Vaşinqtona yanvarın 31-də səfər etməlidir. O, daha əvvəl bildirib ki, Tramp administrasiyasının təkid etməsinə baxmayaraq, Meksika sərhəddə divarın tikintisinə görə pul ödəməyəcək.

Xatırladaq ki, ABŞ prezidenti çərşənbə günü "Sərhəd təhlükəsizliyi və mühacirət nəzarətinin təkmilləşdirilməsi" haqqında sərəncam imzalayıb. Sənədə əsasən Meksikayla ABŞ-ın sərhədində divarın tikintisi hazırlığına yarım il vaxt ayrılıb.

Son xəbərlər

Orphus sistemi