Meksika sahillərindəki zəlzələ qurbanlarının sayı 5 nəfərə çatıb - VİDEO

Meksika sahillərindəki zəlzələ qurbanlarının sayı 5 nəfərə çatıb - VİDEO Hökumət paytaxtda və bir neçə ştatda binaların zərər görüb-görməməsini müəyyənləşdirmək üçün məktəbləri bağlayıb
Digər ölkələr
8 Sentyabr , 2017 13:01
Meksika sahillərindəki zəlzələ qurbanlarının sayı 5 nəfərə çatıb - VİDEO

Bakı. 8 sentyabr. REPORT.AZ/ Meksika sahillərində bu gecə baş verən güclü zəlzələdə ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakətin qurbanları ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarını sakinləri olub.

Məlumata görə, bu bölgədə çoxlu dağıntılar var.

Hökumət paytaxtda və bir neçə ştatda binaların zərər görüb-görməməsini müəyyənləşdirmək üçün məktəbləri bağlayıb.

Öz növbəsində, Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi (PTWC) "Twitter" hesabından Meksika sahillərindəki zəlzələdən sonra sunami dalğasının ən çoxu 1 metrə qalxdığını bildirib.

Meksika Milli Seysmologiya Xidmətindən verilən məluamat görə, ölkə sahillərində baş verən zəlzələdən sonra ümumilikdə 61 yeraltı təkan qeydə alınıb və bunlardan ən güclüsü 6,1 bal gücündə olub.

Qeyd edək ki, Meksikada baş verən zəlzələnin maqnitudası 8,4 bal təşkil edib. Yeraltı təkanların episentri təxminən 482 min əhalisi olan Tonala şəhərindən (Şiapas ştatı) 137 km cənub-qərbdə olub.

Son xəbərlər

Orphus sistemi