​Meksika sahillərində miqrant uşaqlar batıb

​Meksika sahillərində miqrant uşaqlar batıb Uşaqların ataları da suya düşsə də, o, sağ qalıb
Digər ölkələr
23 İyul , 2016 05:22
​Meksika sahillərində miqrant uşaqlar batıb

Bakı. 23 iyul. REPORT.AZ/ Meksika sahillərində miqrant uşaqlar batıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Çyapas ştatında, Sakit okean sahillərində, Qvatemala sərhədləri yaxınlığında baş verib.

Belə ki, qeyri-qanuni miqrantları daşıyan gəminin batması nəticəsində 3 uşaq suda boğulub. Suda batanların hamısı yetkinlik yaşlarına çatmayan azyaşlılardır. 

Uşaqların ataları da suya düşsə də, o, sağ qalıb. Hadisəyə əlverişsiz hava şəraitinin və güclü dalğaların səbəb olduğu bildirilir.

Qeyd edək ki, qanunsuz miqrantlar Meksika Miqrasiya Xidmətinin güclü yoxlamasından yayınmaq üçün Qvatemaladan bu ölkəyə su yolu ilə gəlməyə üstünlük verirlər.  

Son xəbərlər

Orphus sistemi