Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib Sunami təhlükəsi elan edilib
Digər ölkələr
8 Sentyabr , 2017 09:29
Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Meksika sahillərində 8,1 bal gücündə zəlzələ olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin mərkəzi Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə yerləşib.

Məlumata görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə olub.

Güclü zəlzələdən sonra Meksika sahillərində sunami təhlükəsi elan edilib.

Dağıntı və fəlakət qurbanları barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi