Meksika prezidenti körpünün uçduğu yerə getməyəcək

Meksika prezidenti körpünün uçduğu yerə getməyəcək Meksika prezidenti Andres Manuel Lopez Obrador paytaxt Mexikoda metro körpüsünün uçduğu ərziyə baş çəkməyəcək.
Digər ölkələr
8 May , 2021 05:35
Meksika prezidenti körpünün uçduğu yerə getməyəcək

Meksika prezidenti Andres Manuel Lopez Obrador paytaxt Mexikoda metro körpüsünün uçduğu ərziyə baş çəkməyəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu dövlət başçısı keçirdiyi mətbuat konfransında söyləyib.

“Bu mənim stilim deyil, daha çox bir tamaşaya bənzəyir, riyakarlığı sevmirəm. Hazırda vəziyyətə nəzarət edirəm, hadisə nəticəsində həyatını itirən şəxslərin yaxınları ilə həmrəy olduğunu bildirirəm. Lakin bu vəziyyətdə fotoşəkil çəkdirmək yersizdir”-deyə, prezident qeyd edib.

Qeyd edək ki, Meksikanın paytaxtı Mexikoda metro körpüsünün uçması nəticəsində 25 nəfər ölüb. Paytaxtın cənub-şərqində yerləşən Olivos və Tesonko stansiyaları yaxınlığında qeydə alınan hadisədə onlarla insan yaralanıb. Hazırda 35 nəfər xəstəxanada müalicə alır.

Son xəbərlər

Orphus sistemi