​Meksika polisi külli miqdarda narkotik maddə müsadirə edib

​Meksika polisi külli miqdarda narkotik maddə müsadirə edib Əməliyyat zamanı 6 narkotik alverçisi saxlanılıb
Digər ölkələr
28 İyul , 2016 04:20
​Meksika polisi külli miqdarda narkotik maddə müsadirə edib

Bakı. 28 iyul. REPORT.AZ/ Meksika polisi 850 kiloqram kokaini müsadirə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Latın Amerikası ölkələrinin Hərbi Dəniz Donanması nazirliyi məlumat yayılb.

Məlumata görə, bununla bağlı xüsusi əməliyyat Herrero ştatında keçirilib. Külli miqdarda narkotik maddə Sakit okeanın Meksika sahillərində, yüksək sürətli katerin iki qayığında aşkarlanıb.

Əməliyyat zamanı 6 narkotik alverçisi saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi