Yuxarı

​Meksika polisi 73 taksi sürücüsünü saxlayıb

Aksiya iştirakçıları təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirdilər

Bakı. 30 aprel. REPORT.AZ/Meksikada polis Mexiko və Akapulko arasındakı şose yolu bağlamış 73 taksi sürücüsünü saxlayıb. "Report" xəbər verir ki, bu barədə "Assoşieyted Press" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, aksiya iştirakçıları regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirdilər.

Etiraz aksiyasının bəzi iştirakçıları polisin gəlişindən sonra gizlənməyə cəhd göstəriblər. Yerli polis bölməsinin rəisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atılmış nəqliyyat vasitələrində beş avtomat silahını və kokainlə dolu çantanı aşkar ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi