Yuxarı

Meksika peykini daşıyan "Proton" raketi yerə düşüb

Raket Şərqi Sibirdə yerə düşüb

Bakı. 16 May. REPORT.AZ/ Meksika peykini orbitə çıxaracaq “Proton” raketi nasazlığa görə uçuşu başa vura bilməyib. "Report" BBC-yə istinadən xəbər verir ki, raket Şərqi Sibirdə yerə düşüb, “Roskosmos” bildirir.

Rusiya kosmik agentliyinin məlumatına əsasən, raketin düşdüyü ərazidə dağıntı və tələfat baş verməyib.

Meksikanın MexSat-1 (Centenario) daşıyan "Протон-М" raketi Baykonur kosmodromundan şənbə günü Qrinviç vaxtilə 05:47-də göyə qalxıb.

Mütəxəssislər uçuşun 500-cü saniyəsindən sonra nasazlığın aşkar olunduğunu deyirlər.

Uçuşlar mərkəzindəki mənbələrə əsasən qəzadan bir dəqiqə əvvəl raketdən ötürülən texniki məlumatların arası kəsilib.

RİA Novosti agentliyi Meksika peykinin məhv olduğunu bildirir.

Qəzanın səbəbləri müəyyən edilənədək “Proton” raketlərinin buraxılması dayandırılıb.

“Proton”ların istehsalına 1965-ci ildə başlanılıb. O vaxtdan bəri kosmosa 400-dən artıq raket buraxılıb, ABŞ NASA kosmik agentliyilə bağlı olmayan nasaspaceflight.com saytı bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi