Meksika parlamentinin deputatları Donald Trampın bu ölkəyə səfərinə görə əlbəyaxa olublar

Meksika parlamentinin deputatları Donald Trampın bu ölkəyə səfərinə görə əlbəyaxa olublar Konqresin sessiyanının gedişi tamamilə pozulub
Digər ölkələr
3 Sentyabr , 2016 08:41
Meksika parlamentinin deputatları Donald Trampın bu ölkəyə səfərinə görə əlbəyaxa olublar

Bakı. 3 sentyabr. REPORT.AZ/ Meksika parlamentinin ilk iş günü ABŞ-da prezidentliyə namizəd Donald Trampın bu ölkəyə səfəri ilə əlaqədar qalmaqalla başa çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Reqlamentə əsasən, hökumət baş konqres qarşısında il ərzində görülən işlər haqqında hesabat verib. Hesabatı DİN rəhbəri Migel Anhel Osorio təqdim edib. Lakin müxalifət deputatları tamam başqa mövzu qəzəbləndirib. Onlar Donald Trampın səfərinə və onun prezident Enrike Peni Nyeto ilə qeyri-rəsmi görüşünə kəskin narazılıqlarını bildiriblər.

"Morena" partiyasının əlaqələndiricisi Rosio Qarsiinin çıxışı zamanı onun tərəfdarları tribunaya çıxaraq üzərinə "Penya Nyeto, bəs hanı ləyaqət?", "Tramp, Meksikadan, rədd ol" sözləri yazılmış plakatları qaldırıblar. Daha sonra tribunanın önündə prezidenti və Trampı müdafiə rdən deputatlarla müxalifət düşərgəsindən olan millət vəkilləri arasında qarşıdurma yaranıb.

Hakimiyyəti müdafiə edən deputatlar həmkarlarının əllərindəki plakatları almağa cəhd ediblər. Nəticədə toqqquşma baş verib.

Bundan sonra parlamentin sessiyanının gedişi tamamilə pozulub. 

Son xəbərlər

Orphus sistemi