Meksika rəsmiləri yeni ştama görə məhdudiyyətləri faydasız hesab edir

Meksika rəsmiləri yeni ştama görə məhdudiyyətləri faydasız hesab edir Koronavirusun yeni ştamına görə səyahət məhdudiyyətləri və sərhədlərin bağlanması faydasızdır.
Digər ölkələr
28 Noyabr , 2021 17:55
Meksika rəsmiləri yeni ştama görə məhdudiyyətləri faydasız hesab edir

Koronavirusun yeni ştamına görə səyahət məhdudiyyətləri və sərhədlərin bağlanması faydasızdır.

"Report" xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirinin müavini Hugo Lopez-Qatel tviter səhifəsində paylaşıb.

Nazir müavini bildirib ki, bu qadağa və məhdudiyyətlər iqtisadiyyata ziyan vurur.

"Onun peyvəndlərin yaratdığı immun reaksiyadan yan keçməsi hələ sübut olunmayıb. Bu səbəbdən hər hansı məhdudlaşdırıcı tədbirlər haqqında danışmaq çox tezdir", - Meksika tibb rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi