Yuxarı

Meksika körfəzində neft platformasında yanğın baş verib

Platformadan 97 nəfər təxliyə edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Meksika körfəzinin cənub hissəsində yerləşən neft platformasının maşın şöbəsində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə Meksikanın “Pemex” şirkətinin “Twitter” səhifəsində məlumat verilib.
Zərərçəkənlər barədə məlumat yoxdur. Üç gəmi vasitəsi ilə platformadan 97 nəfər təxliyə edilib.

Qeyd olunur ki, platforma hələ ki, əməliyyat işləri aparmadığından neft yayılması və ya sızması olmayıb.
“Pemex” yanğının nəzarət altında olduğunu qeyd edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi