Yuxarı

Meksika körfəzində 168 min barel neft daşıyan tankerdə partlayış baş verib

Tanker Meksikanın Pemeks dövlət şirkətinə aiddir

Bakı. 26 sentyabr. REPORT.AZ/ Meksika körfəzində 168 min barel xam neft daşıyan "El Burgos" tankerində partlayış baş verib.

"Report" Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki,  hadisə ölkənin Verakruz limanı yaxınlarında baş verib.

Partlayışdan sonra tankerdə yanğın başlayıb. Yanğını söndürmək üçün hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tankerin 31 nəfərlik heyətini xilas edib.

Məlumata görə, partlayışın baş vermə səbəbi məlum deyil. 

Tankerin Meksikanın "Pemeks" dövlət şirkətinə məxsus olduğu bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi