Meksika-ABŞ sərhədində zəlzələ olub

Meksika-ABŞ sərhədində zəlzələ olub Meksikanın şimal-qərbində ABŞ-la sərhəd yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub.
Digər ölkələr
7 Mart , 2020 10:16
Meksika-ABŞ sərhədində zəlzələ olub

Meksikanın şimal-qərbində ABŞ-la sərhəd yaxınlığında 5,5 maqnitudalı zəlzələ olub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

ABŞ Geologiya Xidmətinin məlumatına görə, zəlzələ Bakı vaxtı ilə saat 08:52-də qeydə alınıb. Yeraltı təkanların episentri Alberto Ovyedo Mota kəndindən (Aşağı Kaliforniya ştatı) 4 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 32,3 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi