Meksika ABŞ-ın “qara siyahı”ya saldığı şəxslərin hesabını dondurdu

Meksika ABŞ-ın “qara siyahı”ya saldığı şəxslərin hesabını dondurdu Meksika Maliyyə Nazirliyinin maliyyə cinayətləri ilə mübarizə idarəsi ABŞ-ın Venesuela ilə bağlı “qara siyahı”ya saldığı fiziki və hüquqi şəxslərin bank hesablarını dondurub.
Digər ölkələr
20 iyun 2020 01:40
Meksika ABŞ-ın “qara siyahı”ya saldığı şəxslərin hesabını dondurdu

Meksika Maliyyə Nazirliyinin maliyyə cinayətləri ilə mübarizə idarəsi ABŞ-ın Venesuela ilə bağlı “qara siyahı”ya saldığı fiziki və hüquqi şəxslərin bank hesablarını dondurub.

“Report” xəbər verir ki, bunu idarənin rəhbəri Santyaqo Nieto “Reuters” agentliyinə açıqlamasında deyib.

Agentliyin məlumatına görə, mütəmadi olaraq “qara siyahı”da adı olan bütün firmaların və Meksika vətəndaşlarının bank hesabları dondurulur.

Qeyd edək ki, ABŞ Venesuela hökumətinə qarşı sanksiyaları genişləndirib.

Yeni siyahıda üç Meksika vətəndaşı da var. Həmçinin 8 şirkət, iki neft tankeri də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi