​Məkkədə mehmanxanada baş verən yanğına görə 1 500 zəvvar təxliyə olunub

​Məkkədə mehmanxanada baş verən yanğına görə 1 500 zəvvar təxliyə olunub Məlumata görə, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qüvvələri Məkkədəki mehmanxananın 11-ci mərtəbəsində baş verən yanğını söndürüblər
Digər ölkələr
21 Sentyabr , 2015 17:46
​Məkkədə mehmanxanada baş verən yanğına görə 1 500 zəvvar təxliyə olunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Məkkədə 1 500 zəvvar mehmanxanada baş verən yanğına görə təxliyə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Qüvvələri Məkkədəki 15 mərtəbəli mehmanxananın 11-ci mərtəbəsində baş verən yanğını söndürüb.

İlkin xəbərə əsasən, yanğın binanın elektrik naqillərində meydana çıxan problem səbəbindən baş verib. Məlumatda bildirilib ki, zəvvarların həyatı üçün heç bir təhlükə yoxdur və onlar qaldıqları mehmanxanaya qayıdıblar.

Son xəbərlər

Orphus sistemi