Yuxarı

Məkkədə kranın aşması ilə bağlı iş üzrə Ciddədə məhkəmə prosesi başlayıb

Məhkəmə qarşısına 14 nəfər çıxıb

Bakı. 11 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının qərbində yerləşən Ciddə şəhərinin İntizam məhkəməsində Məkkədəki "Məscidül-Həram"da kranın aşması ilə bağlı iş üzrə məhkəmə prosesi başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, məhkəmə qarşısına 14 nəfər çıxıb.

Onlar arasında 6 səudiyyəli (o cümlədən milyarder), 2 pakistanlı, həmçinin İordaniya, Filippin, Kanada, Fələstin, Misir və BƏƏ-nin 1 vətəndaşı var.

Məhkəmə müttəhimlərə sərt xəbərdarlıq edərək, onların bütün məhkəmə iclaslarında iştirak etmələrini zəruri sayıb. 

Xatırladaq ki, ötən il sentyabrın 11-də kranın aşması nəticəsində 109 nəfər həlak olub, 230-dan çox adam yaralanıb. Kral sarayı kranın aşmasına güclü küləyin səbəb olduğunu təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi