​Məkkədə İŞİD terror qruplaşmasının 4 silahlısı zərərsizləşdirilib

​Məkkədə İŞİD terror qruplaşmasının 4 silahlısı zərərsizləşdirilib KİV: Səudiyyə Ərəbistanının 3 mindən çox vətəndaşı Suriya və İraq ərazisində İŞİD sıralarında vuruşur
Digər ölkələr
5 May , 2016 17:41
​Məkkədə İŞİD terror qruplaşmasının 4 silahlısı zərərsizləşdirilib

Bakı. 5 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının 4 silahlısını Məkkə əyaləti yaxınlığında zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Məkkə əyalətinin hökuməti "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ərəb KİV-i Səudiyyə Ərəbistanının 3 mindən çox təbəəsinin Suriya və İraq ərazisində İŞİD sıralarında vuruşduğu haqda məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi