Məkkədə Ərəb Dövlətləri Liqasının təcili sammiti keçiriləcək

Məkkədə Ərəb Dövlətləri Liqasının təcili sammiti keçiriləcək Ərəb Dövlətləri Liqası (ƏDL) təşkilata üzv ölkələrin liderlərinə Fars körfəzində neft obyektlərinə hücumlardan sonra yaranmış vəziyyətlə əlaqədar mayın 30-da Səudiyyə Ərəbistanının Məkkə şəhərində təcili sammit keçiriləcəyi barədə dəvət göndərib.
Digər ölkələr
20 May , 2019 16:53
Məkkədə Ərəb Dövlətləri Liqasının təcili sammiti keçiriləcək

Ərəb Dövlətləri Liqası (ƏDL) təşkilata üzv ölkələrin liderlərinə Fars körfəzində neft obyektlərinə hücumlardan sonra yaranmış vəziyyətlə əlaqədar mayın 30-da Səudiyyə Ərəbistanının Məkkə şəhərində təcili sammit keçiriləcəyi barədə dəvət göndərib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ƏDL-in bəyanatında deyilir.

ƏDL-in məlumatına görə, sammitdə Birləşmiş Ərəb Əmirliklərinin ərazi sularında tankerlərə edilən hücumlar və "Ənsərullah" hərəkatından olan yəmənli üsyançıların Səudiyyə Ərəbistanındakı neft nasos stansiyalarına hücumları müzakirə ediləcək. Təşkilatda bu insidentlərin regionda və dünyada sülh və təhlükəsizlik baxımından, eləcə də neft tədarükü və dünya neft bazarları üçün təhlükəli olduğunu hesab edirlər.

Son xəbərlər

Orphus sistemi