Yuxarı

​Məkkədə aşan kran Üsamə bin Ladenin ailəsinə məxsus olub

Saudi BinLaden Group Məscidül-həramda genişləndirmə işi ilə məşğul olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ötən gün Məkkədə yerləşən Məscidül-həramda zəvvarların üzərinə aşan qaldırıcı kran "Saudi BinLaden Group" inşaat konqlomeratının idarə etdiyi alman şirkətinə məxsusdur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinin məlumatında bildirilir.

Üsamə bin-Ladenin ailəsinə məxsus olan "Saudi BinLaden Group" hazırda Məscidül-həramın ərazisinin genişləndirilməsi üzrə 14 milyard dollar dəyərində olan layihəni həyata keçirir.

"Saudi BinLaden Group" 1931-ci ildə terrorçu Üsamə bin-Ladenin atası Məhəmməd bin Laden tərəfindən təsis olunub. Şirkət Səudiyyə Ərəbistanında çoxlu sayda tikinti müqavilələri imzalayıb.

Faciə cümə günü baş verib. Hadisə nəticəsində 107 nəfər dünyasını dəyişib, 238 nəfər yaralanıb. Kranın aşmasına güclü yağış və külək səbəb ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi