Bakı. 5 yanvar. REPORT.AZ/ Meksikanın kurort şəhəri Akapulkonun ərzaq bazarında silahlı insident baş verib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
Məlumatda bildirilir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində 6 nəfər həlak olub. Herrero ştatının təhlükəsizlik orqanlarının məlumatında bildirilir ki, bazarda atəş açanlar 3 nəfər olub.
Atəş nəticəsində beş nəfər hadisə yerindəcə ölüb. Hadisə zamanı ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.