​Məhkəmə Telman İsmayılovun şirkətinə qarşı Moskva Bankının qaldırdığı iddiaya baxacaq

​Məhkəmə Telman İsmayılovun şirkətinə qarşı Moskva Bankının qaldırdığı iddiaya baxacaq İddianın məbləği 213 milyon dollar təşkil edir
Digər ölkələr
6 Oktyabr , 2015 10:11
​Məhkəmə Telman İsmayılovun şirkətinə qarşı Moskva Bankının qaldırdığı iddiaya baxacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Moskva Arbitraj məhkəməsi bu gün VTB qrupuna daxil olan Moskva Bankının iddiası ilə bağlı iş adamı Telman İsmayılova məxsus AST (ACT) şirkətlər qrupuna daxil olan "KBF AST" ("КБФАСТ") şirkətinə qarşı 213 mln. dollardan artıq məbləğ üzrə əsas dinləmələr keçirəcək. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Moskva Bankı arbitraj məhkəməsinə oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı ərizə ilə müraciət edib. KİV-lərin məlumatına görə, Moskvanın Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı qaldırdığı 286 mln. dollar həcmində iddianın xeyli hissəsini təmin edib.

Bankın "Rusline 2000" ("Руслайн 2000") və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə ayırdığı hər iki kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib. İş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə qaldırılıb.

Son xəbərlər

Orphus sistemi