Məhkəmə "National Geographic"in "Əfqan qızı"nı girov müqabilində azadlığa buraxmayıb

Məhkəmə "National Geographic"in "Əfqan qızı"nı girov müqabilində azadlığa buraxmayıb Hakim istintaq və vəkillərin dəlillərini dinlədikdən sonra belə qərar qəbul edib
Digər ölkələr
2 Noyabr , 2016 13:08
Məhkəmə National Geographicin Əfqan qızını girov müqabilində azadlığa buraxmayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Pakistanın Peşavar şəhər məhkəməsi 1985-ci ildə "National Geographic" jurnalının üz qabığına düşməklə dünyada məşhurlaşan və "Əfqan qızı" kimi tanınan Şərbət Qulanı girov müqabilində azad etməkdən imtina edib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın sonlarında Qula Pakistan xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Onlar "Əfqan qızı"nın ölkədə saxta sənədlərlə yaşadığını müəyyənləşdirdiyindən bu addımı atıb. Sonradan Pakistan Xarici İşlər Nazirliyinin Ş.Qulanı girov müqabilində azad edəcəyi məlum olub.

Lakin məhkəmə zamanı hakim istintaq və vəkillərin dəlillərini dinlədikdən sonra fərqli qərar qəbul edib.

İslamabaddakı Əfqanıstan səfirliyi məhkəmə qərarı ilə daha yaxından tanış olduqdan sonra məsələyə rəsmi reaksiya göstərəcəyini bildirib.

Qeyd edək ki, Ş.Qulanın özü bu gün keçirilən məhkəmə iclasında iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi