Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentinin həbsxanadan çıxmasına icazə verib

Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentinin həbsxanadan çıxmasına icazə verib Ekvador məhkəməsi keçmiş vitse-prezident Xorxe Qlasa korrupsiya ittihamı ilə cəza çəkdiyi həbsxananı tərk etməyə icazə verib
Digər ölkələr
29 Noyabr , 2022 06:32
Məhkəmə Ekvadorun keçmiş vitse-prezidentinin həbsxanadan çıxmasına icazə verib

Ekvador məhkəməsi keçmiş vitse-prezident Xorxe Qlasa korrupsiya ittihamı ilə cəza çəkdiyi həbsxananı tərk etməyə icazə verib.

“Report” yerli “El Comercio” qəzetinə istinadən xəbər verir ki, hakim keçmiş məmurun hüquqlarının iki işə baxıldıqdan sonra ona təyin edilmiş 6 və 8 illik həbs müddətlərinin birləşdirilməsi ilə bağlı müraciətinə ittiham tərəfinin hələ də baxmadığına görə pozulduğu qənaətinə gəlib.

Bundan başqa, Qlas daha uzun həbs müddəti ilə məhdudlaşdırılmasını istəyib ki, bu da onun sonradan şərti azadlığa buraxılmasına şərait yaradacaq.

Kotopaxi həbsxanasından çıxandan sonra 2017-ci ilin sonundan həbsdə olan keçmiş siyasətçi hər həftə Quayakil həbsxanasına hesabat verməli olacaq, ona ölkəni tərk etmək qadağan edilib.

Son xəbərlər

Orphus sistemi