Bakı. 24 yanvar. REPORT.AZ/ Braziliya məhkəməsi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı ittiham hökmünü təsdiqləyib və bununla da o, dövlət başçısı postuna yenidən iddia etmək hüququnu itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, məhkəmə iclası idarənin "YouTube" kanalı ilə canlı yayımlanıb.
Dördüncü dairənin federal regional məhkəməsi çərşənbə günü ikinci instansiyada sabiq prezident Luis İnasiu Lula da Silvanın işi üzrə əvvəllər çıxarılmış ittiham hökmünü təsdiq edib. Müvafiq qərar iclasda iştirak edən üç hakimdən azı ikisi tərəfindən qəbul edilib.