Məhkəmə Boris Nemtsovun qatilini 20 il müddətinə azadlıqdan məhrum edib

Məhkəmə Boris Nemtsovun qatilini 20 il müddətinə azadlıqdan məhrum edib Məhkəmə həmçinin Dadayevi leytenant rütbəsindən və Cəsarət ordenindən məhrum edib
Digər ölkələr
13 İyul , 2017 13:04
Məhkəmə Boris Nemtsovun qatilini 20 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 13 iyul. REPORT.AZ/ Moskva Hərbi Dairə Məhkəməsi rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirən killer Zaur Dadayevi 20 illik həbs cəzasına məhkum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, prokurorluq Z,Dadyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyirdi.

Məhkəmə, əlavə olaraq, məhkuma 100 min rubl (1660 dollar) məbləğində pul cəzası kəsib, eləcə də onu leytenant rütbəsindən Cəsarət ordenindən məhrum edib.

Hökm Dadayevi günahkar bilən və cəzanın yüngülləşməsinə ehtiyac olmadığı qənaətinə gələn andlı iclasçıların rəyi əsasında verilib.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də axşam saatlarında qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi