İngiltərə və Uels üzrə Apellyasiya Məhkəməsi dekabrın 10-da “WikiLeaks” saytının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərar verəcək.
“Report” xəbər verir ki, bu barədə məhkəmənin
“ABŞ hökuməti Assanja qarşı” işi üzrə qərar cümə günü (10 dekabr – Red) saat 10:15-də (Bakı vaxtı ilə 14:15) elan olunacaq.
Qeyd edək ki, hazırda Culian Assanj Böyük Britaniyanın “Belmarsh” həbsxanasında saxlanılır. 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edən Culian Assanj, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Onu ABŞ-da 175 il həbs cəzası gözləyir.