Məhəmmədcavad Zərif: "İran nüvə sazişindən çıxmamaq qərarına gəlib"

Məhəmmədcavad Zərif: "İran nüvə sazişindən çıxmamaq qərarına gəlib" İranın və Çinin Xarici İşlər Nazirləri nüvə sazişinə sadiq qaldıqlarını təsdiqləyiblər
Digər ölkələr
7 İyul , 2018 13:53
Məhəmmədcavad Zərif: İran nüvə sazişindən çıxmamaq qərarına gəlib

Bakı. 7 iyul. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Çinin XİN başçısı Van İ ilə Vyanada keçirilən görüşdə bəyan edib ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra rəsmi Tehran məsuliyyət göstərməyə və nüvə sazişindən çıxmamaq qərarına gəlib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin xarici siyasət idarəsinin saytında dərc edilmiş bəyanatda deyilir.

Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi