Bakı. 6 avqust. REPORT.AZ/ Radikal qruplaşmalardan istifadə edərək dövlətlərin daxil işlərinə qarışma cəhdləri ekstremizmin daha da artmasına səbəb olur. Beləliklə, yeni terror təşkilatları yaranır.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitriy Medvedyev Misir mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, əcnəbi terorçularla mübarizə dövlətlər üçün prioritet təşkil etməlidir.
"Terrorizmlə mübarizə səyləri bütövlüklə beynəxalq hüquqa əsaslanmalıdır. Ikili standartlara yol verilməməlidir", - deyə Medvedyev vurğulayıb.
Rusiyanın hökümət başçısı, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya və İraqdaki hava zərbələrinə də diqqət çəkərək: "Bu zərbələrin legitimliyi sual altındadır. Çünkü