Medvedyev Rusiya və NATO arasında yeni soyuq müharibə başladığını elan edib

Medvedyev Rusiya və NATO arasında yeni soyuq müharibə başladığını elan edib Münhen Təhlükəsizlik Konfransında çıxış edən Rusiyanın baş naziri "Biz yeni soyuq müharibə dövrünə düşmüşük" deyib
Digər ölkələr
13 Fevral , 2016 14:59
Medvedyev Rusiya və NATO arasında yeni soyuq müharibə başladığını elan edib

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedyev NATO və Rusiya arasındakı mövcud əlaqələri qiymətləndirib. "Report" BBC-yə istinadən xəbər verir ki, o, bunu yeni soyuq müharibənin başlanğıcı kimi dəyərləndirib.

"Bizim qiymətləndirməyə görə, NATO-nun Rusiyaya qarşı siyasi xətti qapalı və dost olmayan formada qalmaqdadır. Daha kəskin formada da deyə bilərik: biz yeni soyuq müharibə dövrünə düşmüşük", - deyə Medvedyev Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.

"Demək olar, hər gün bizi ya ümumilikdə NATO, ya da ayrılıqda Avropa, Amerika və ya başqa dövlətlər üçün ən qorxulu qüvvə olmaqda ittiham edirlər. Rusiyalıların nüvə müharibəsinə başladığı dəhşətli filmlər çəkirlər. Hərdən öz-özümə fikirləşirəm: indi biz 2016-cı ildəyik, yoxsa 1962?", - deyə o sözlərinə əlavə edib.

"Avro-Atlantik təhlükəsizlik, qlobal sabitlik, regional təhdidlər barədə intensiv dialoqumuz bu gün xüsusilə vacibdir. Bu danışıqların bir çox istiqamətlərdə iflasa uğramasını anormallıq kimi qiymətləndirirəm", - deyə Dmitri Medvedyev bildirib.

Son xəbərlər

Orphus sistemi