Medvedev 50 illik yubileyini qeyd edir

Medvedev 50 illik yubileyini qeyd edir "Bu adi bazar ertəsi olacaq. Hökümət başçısı ad gününü iş başında keçirəcək"
Digər ölkələr
14 Sentyabr , 2015 03:37
Medvedev 50 illik yubileyini qeyd edir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Rusiya baş nazirinin həyatında əlamətdar gündür. Dmitri Medvedev 50 illik yubileyini qeyd edir.

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Medvedevin mətbuat katibi Natalya Timakova bildirib ki, hökümət başçısı ad gününü iş başında keçirəcək.

"Bu adi bazar ertəsi olacaq. Günün birinci yarısında bir neçə beynəlxalq telefon danışığı nəzərdə tutulub", - deyə Timakova qeyd edib.

Dmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiyanın Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır.

Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir.

Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi ) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb.

Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.

O, 1999-cu ildə Rusiya Federasiyası Hökumət Aparatının rəhbəri Dmitri Kozakın müavini təyin olunur.

1999-2000-ci illərdə o, RF-nin prezident administrasiyası rəhbərinin müavini postuna təyin olunur. D.Medvedyev prezident seçkiləri zamanı V. Putinin seçkiqabağı qərargahına rəhbərlik edir.

2000-2003-cü illərdə RF-nin Prezident administrasiyası rəhbərinin birinci müavini olan D.Medvedyev 2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.

2005-ci ilin noyabrında D.Medvedyev baş nazirin birinci müavini təyin olunur və Rusiya milli proqramlarına rəhbərlik edir.

2007-ci il dekabr ayının 10-da "Yedinaya Rossiya" partiyasından prezidentliyə namizədliyi irəli sürülən Dmitri Medvedyevi digər bir neçə partiya da dəstəkləyib. Bundan sonra prezident Putin də onun namizədliyini dəstəklədiyini bildirib.

2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, üçüncü prezidenti seçilir. 7 may 2008-ci ildə onun andiçmə mərasimi keçirilir.

Dmitri Medvedyev 2012-ci il Rusiya Federasiyası prezidenti seçkilərində iştirak etməyəcəyini və bu vəzifəyə Vladimir Putinin namizədliyini irəli sürdüyünü elan edib.

Son xəbərlər

Orphus sistemi