MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq

MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq MDB Daxili İşlər Nazirləri Şurasının növbəti görüşü 30 may – 1 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Digər ölkələr
25 Aprel , 2019 23:14
MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti görüşü 30 may – 1 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə respublikanın DİN nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bu gün Daşkənddə Birlik ölkələrinin hüquq-mühafizə orqanları ekspertlərinin müşavirəsi olub. İştirakçılar Şuranın iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi