Ötən il İsraildə uşaqlara ən çox Məhəmməd adı qoyulub

Ötən il İsraildə uşaqlara ən çox Məhəmməd adı qoyulub İsraildə 2018-ci ildə də uşaqlara ən çox verilən ad Məhəmməd olub.
Digər ölkələr
30 İyul , 2019 20:01
Ötən il İsraildə uşaqlara ən çox Məhəmməd adı qoyulub

İsraildə 2018-ci ildə də uşaqlara ən çox verilən ad Məhəmməd olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu ölkədə ən məşhur qız adı isə Mayyadır.

Bildirilib ki, yəhudi ailələrində 2018-ci ildə yeni doğulan uşaqlar üçün ən çox qoyulan ad Daviddir. Sonrakı yerləri uyğun olaraq Ariel Noam tutur.

Müsəlman ailələrində isə Məhəmməddən sonra çox böyük fərqlə ƏhmədAdəm adları gəlir.

Yəhudilərin yeni doğulan qızlara 2018-ci ildə verdikləri Tamar adı ikinci, Aviqayl Noa isə sonrakı yeri tuturlar. Ərəb ailələrində qızlara qoyulan ən məşhur ad Məryəmdir. İkinci yerdə Şaam, sonrakı yerlərdə isə Cori Nur gəlir. 

Son xəbərlər

Orphus sistemi