Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlınılıb

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlınılıb Onun daha əvvəl Rotterdamda (Niderland) tutulmuş 4 nəfərlə əlaqəli olduğu ehtimal edilir
Digər ölkələr
1993
30 Dekabr , 2018 03:52
Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlınılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Almaniyanın Maynts şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən suriyalı saxlanılıb. Onun daha əvvəl Rotterdamda (Niderland) tutulmuş 4 nəfərlə əlaqəli olduğu ehtimal edilir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Zeit" qəzeti yazıb.

Nəşr qeyd edir ki, polis 26 yaşlı suriyalını Mayntsdakı mənzildə yaxalayıb. Orada həmçinin axtarış aparılıb. Polis Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə hərəkət edib.

Saxlanılan şəxs bazar günü məhkəmə qarşısına çıxarılacaq. Bundan əlavə, ali məhkəmə onun Niderlanda ekstradisiyası məsələsinə baxacaq.

Daha əvvəl Rotterdamda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi