ABŞ və KXDR yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb

ABŞ və KXDR yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb.
Digər ölkələr
15 Yanvar , 2019 07:35
ABŞ və KXDR yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞKoreya Xalq Demokratik Respublikası (KXDR) yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "The Chosun Ilbo" qəzeti məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo tezliklə Koreyanın Əmək Partiyasının Vahid cəbhəsinin şöbə müdiri Kim Yon Çxolla danışıqlar aparacaq. Məlumata görə, tərəflər indi qarşıdakı görüşə son hazırlıqları başa çatdırır.

Şəxsi diplomatik mənbələrə istinad edən nəşr bildirib ki, danışıqlar Vaşinqtonda olacaq. Kim Yon Çxolun Pompeodan başqa, həmçinin ABŞ prezidenti Donald Trampla da görüşü planlaşdırılır. 

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik RespublikasıABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

Son xəbərlər

Orphus sistemi