Maykl Pompeo: "ABŞ-KXDR danışıqlarının yenilənəcəyinə ümid edirəm"

Maykl Pompeo: "ABŞ-KXDR danışıqlarının yenilənəcəyinə ümid edirəm" ABŞ dövlət katibi Maykl Pompeo yaxın gələcəkdə ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqların işçi səviyyədə yenilənəcəyinə ümidini ifadə edib.
Digər ölkələr
24 İyun , 2019 03:31
Maykl Pompeo: ABŞ-KXDR danışıqlarının yenilənəcəyinə ümid edirəm

ABŞ dövlət katibi Maykl Pompeo yaxın gələcəkdə ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqların işçi səviyyədə yenilənəcəyinə ümidini ifadə edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət rəsmisi media nümayəndələri qarşısında çıxışında bildirib.

Jurnalistlərin yaxın gələcəkdə ABŞ və KXDR danışıqlarının işçi səviyyədə hansısa bir anda yenilənib-yenilənməyəcəyi barədə sualına Mayk Pompeo belə cavab verib: "Mən buna ümid edirəm".

"Biz Hanoy (görüş -red) vaxtlarından bunun əsaslarını qoymaq üçün işləyirik", - deyə Dövlət Departamentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bu günlərdə KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan şəxsi məktub alıb. Bildirilir ki, Kim Çen In məktubun məzmunundan razı qalıb.

Son xəbərlər

Orphus sistemi