Maykl Pens: "ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır"

Maykl Pens: "ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır" "Onları nüvə silahlarının hazırlanması proqramlarından əl çəkənə qədər təcrid edəcəyik"
Digər ölkələr
7 Fevral , 2018 15:03
Maykl Pens: ABŞ KXDR-ə qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır

Bakı. 7 fevral. REPORT.AZ/ Vaşinqton KXDR-in raket-nüvə proqramına son qoyulması məqsədilə Pxenyana qarşı yeni sərt və aqressiv sanksiyalar paketi hazırlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Yaponiya baş naziri Şindzo Abe ilə danışıqlardan sonra bildirib.

"ABŞ tezliklə KXDR-ə qarşı ən ağır və aqressiv iqtisadi sanksiyaları tətbiq edəcək. Onları nüvə silahlarının və ballistik raketlərin hazırlanması proqramlarından əl çəkənə qədər təcrid edəcəyik", - M.Pens vurğulayıb.

Son xəbərlər

Orphus sistemi