Mayk Pompeo gözlənilmədən Əfqanıstana gedib

Mayk Pompeo gözlənilmədən Əfqanıstana gedib ABŞ-ın dövlət katibi Mayk Pompeo əvvəlcədən bəyan edilmədən Əfqanıstanın paytaxtı Kabilə gedib.
Digər ölkələr
25 İyun , 2019 19:59
Mayk Pompeo gözlənilmədən Əfqanıstana gedib

ABŞ-ın dövlət katibi Mayk Pompeo əvvəlcədən bəyan edilmədən Əfqanıstanın paytaxtı Kabilə gedib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Ağ Ev rəsmisinin qəfil səfərinin məqsədi ölkə prezident Əşrəf Qəni ilə “Taliban”la yeddinci mərhələsi bu ayın 29-da Dohada başlayacaq sülh danışıqlarını, həmçinin ölkədə sentyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsindəki ümumi təhlükəsizlik vəziyyətini müzakirə etməkdir.

Qeyd edək ki, Mayk Pompeo Kabildən sonra yoluna davam edərək Hindistan paytaxtı Nyu-Dehlidə baş nazir Narendra Modi və başqa rəsmilərilə görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi