Mayk Pens və Boris Conson KXDR, İran və "Skripal işi"ni müzakirə ediblər

Mayk Pens və Boris Conson KXDR, İran və "Skripal işi"ni müzakirə ediblər Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pens Britaniyanın xarici işlər naziri Boris Consonla İran və KXDR ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Digər ölkələr
8 May , 2018 04:52
Mayk Pens və Boris Conson KXDR, İran və Skripal işini müzakirə ediblər

Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pens Britaniyanın xarici işlər naziri Boris Consonla İran və KXDR ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Vitse-prezident vurğulayıb ki, İranın heç vaxt nüvə silahını əldə etməməsinə və Şimali Koreya nüvəsizləşdirilmənin yoxlanılmasına təslim olmasına zəmanət vermək necə əhəmiyyətlidir", - deyə məlumatda bildirilir.

Qeyd edilir, tərəflər iyulda ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya planlaşdırılan səfərini alqışlayıb və geosiyasi çağırışlara cavab üzərində işləməyə razılaşıblar.

TASS-ın məlumatına görə isə, Mayk Pompeo bildirib ki, London və Vaşinqtonun Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi işinin araşdırılması ətrafındakı birgə səyləri iki ölkənin sıx əməkdaşlığına nümunədir.

Daha əvvəl Conson bildirib ki, o, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo qəbul etdiyi ilk xarici işlər naziri olub.

Son xəbərlər

Orphus sistemi