Mayamidə piyada körpüsü uçub, 10-ya yaxın isan ölüb - VİDEO

Mayamidə piyada körpüsü uçub, 10-ya yaxın isan ölüb - VİDEO Körpünün dağıntıları altında azı 8 maşın qalıb
Digər ölkələr
16 Mart , 2018 01:18
Mayamidə piyada körpüsü uçub, 10-ya yaxın isan ölüb - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Ötən gün ABŞ-ın Florida ştatının Mayami şəhərində piyada körpüsünün uçması nəticəsində 6-10 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Floridadan olan senator Bill Nelsona istinadən CBS telekanalının yerli filialı məlumat yayıb.

Bundan əvvəl 1 nəfərin öldüyü, daha 6 nəfərin isə xəsarət aldığı məlumat verilmişdi. Körpünün dağıntıları altında azı 8 maşın qalıb.

Son xəbərlər

Orphus sistemi