Bakı. 19 oktyabr. REPORT.AZ/ Mayami məktəblərindən birində baş verən qaz sızması nəticəsində 14 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda məktəb yeməkxanası və ona bitişik ərazilər təxliyyə edilib.
Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Zərərçəkənlərin hamısı məktəb əməkdaşlarıdır. Onların arasında yeniyetmə yoxdur.