Mayami hava limanında atışma baş verib

Mayami hava limanında atışma baş verib Hadisə aeroport işçiləri üçün park meydanında yaşanıb
Digər ölkələr
10 Avqust , 2016 15:34
Mayami hava limanında atışma baş verib

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın Florida ştatında, Mayami beynəlxalq hava limanı yaxınlığında iki nəfərin iştirakı ilə atışma baş verib.

"Report" "NBC Miami" telekanalına istinadən xəbər verir ki, hadisə aeroport işçiləri üçün park meydanında yaşanıb.

KİV-in məlumatına görə, polis və xilasetmə xidməti hələlik hadisənin mümkün qurbanları barədə heç bir məlumat verməyib. Amma helikopterdən çəkilmiş videoda aeroport binasının cənub-şərqində park yerində iki cəsədin olduğu görünür.

Son xəbərlər

Orphus sistemi