Mavritaniyada baş verən yol qəzasında 12 nəfər ölüb, onlarla insan xəsarət alıb

Mavritaniyada baş verən yol qəzasında 12 nəfər ölüb, onlarla insan xəsarət alıb Bakı. 7 noyabr. REPORT.AZ/ Mavritaniyada iki sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, daha 44 nəfər xəsarət alıb.
Digər ölkələr
7 noyabr 2018 17:39
Mavritaniyada baş verən yol qəzasında 12 nəfər ölüb, onlarla insan xəsarət alıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Mavritaniyada iki sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, daha 44 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Mərakeşin "Hespress" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qəza Malidən gələn sərnişin avtobusu ilə şəhərlərarası digər avtobusun Mavritaniyanın cənub-qərbindəki Aleq şəhərində toqquşması nəticəsində baş verib. Ölənlər və yaralananlar Mavritaniya, Mali və Nigeriya vətəndaşlarıdır.

Bildirilir ki, yaralıların xəsarətləri müxtəlif dərəcəlidir. Ölənlərin və ya yaralananların sayının artacağı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi