Mavritaniya da Qətərlə diplomatik əlaqələri kəsib

Mavritaniya da Qətərlə diplomatik əlaqələri kəsib O, Dohanın təcridinə qoşulmuş doqquzuncu ölkə olub
Digər ölkələr
7 İyun , 2017 07:54
Mavritaniya da Qətərlə diplomatik əlaqələri kəsib
Reuters

Bakı. 7 iyun. REPORT.AZ/ Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb.

O, Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub. Bundan əvvəl BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Həmçinin bəzi ölkələr Qətərlə iqtisadi əlaqələri də dayandırıb. O cümlədən İordaniya da Doha ilə diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini bəyan edib.

Onlar Qətəri terrorizmi dəstəkləməkdə ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi